Bakı. Trend:
Elektron texnologiyalar ibtidai araşdırmaya prosessual rəhbərlik və nəzarətin, habelə məhkəmə nəzarətinin həyata keçirilməsini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.
K.Əliyev bildirib ki, elektron texnologiyaların cinayət prosesinə tətbiqi kiberhücumlardan müdafiənin təmin edilməsi, cinayət prosesi iştirakçılarının şəxsi məlumatlarının qorunması, əməkdaşlara yeni texnologiyalardan istifadəyə dair təlimlərin keçirilməsi kimi özünəməxsus çətinliklər və risklər yaradır.
“Hazırkə konfransın keçirilməsində məqsəd müasir informasiya texnologiyalarının cinayət prosesinə tətbiqi zamanı yaranan belə çətinliklərin müzakirə edilərək, optimal çıxış yollarının müəyyən edilməsindən ibarətdir”.
Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.
20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.