...

Magistraturaya qəbul imtahana qeydiyyat bu gün başa çatır

Cəmiyyət Materials 8 Aprel 2024 10:55 (UTC +04:00)
Magistraturaya qəbul imtahana qeydiyyat bu gün başa çatır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. 8 aprel saat 10:00-a olan məlumata əsasən, 16682 bakalavr (Azərbaycan bölməsi - 15565; rus bölməsi - 1117) ərizəsini təsdiq edib.

Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 1000 nəfər), eləcə də, digər bakalavrlar Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla ərizələrini təsdiq edə bilərlər.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti