...

İran vətəndaşına narkokuryerlik edən keçmiş məhkum ƏLƏ KEÇİB (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2024 09:52 (UTC +04:00)
İran vətəndaşına narkokuryerlik edən keçmiş məhkum ƏLƏ KEÇİB (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zərdabda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb.

Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan "Cəlal" adlı İran vətəndaşının gösərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti