...

Emin Əmrullayevdən Xankəndi və Xocalıda məktəb infrastrukturu ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 16 Aprel 2024 13:03 (UTC +04:00)
Emin Əmrullayevdən Xankəndi və Xocalıda məktəb infrastrukturu ilə bağlı AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir.

Trend xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu kompleks bir işdir:

"Əhalinin köçürülməsi planlarına uyğun olara bu tədbirlər həyata keçirilir. Bizim bu il ən böyük layihəmiz Qarabağ Universitetidir. Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq", - deyə E.Əmrullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti