...

Azərbaycanda buğda ununun zənginləşdirilməsinə başlanılır

Cəmiyyət Materials 18 Aprel 2024 10:29 (UTC +04:00)
Azərbaycanda buğda ununun zənginləşdirilməsinə başlanılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək.

“Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək.

Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti