...

Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Cəmiyyət Materials 16 May 2024 08:46 (UTC +04:00)
Kürdəmirdə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti