...

Bu günədək neçə min tələbə təhsil krediti alıb?

Cəmiyyət Materials 23 May 2024 20:01 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə verilən məlumata görə, indiyədək 45 min 760 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 444 nəfərin müraciəti natamam olub, 352 nəfərin müraciəti emal mərhələsindədir.

Habelə 9 min 279 nəfərin müraciətinə imtina cavabı verilib, 295 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 35 min 390 nəfərə TTK verilib. Onların arasından 12 min 255 nəfərin müraciəti sosial TTK, 23 min 135 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti