...

Əfv sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Cəmiyyət Materials 26 May 2024 12:52 (UTC +04:00)
Əfv sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

Trend xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam səkkiz nəfərə şamil olunub.

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 3 məhkuma arayış təqdim edib.

Bununla da, onlar azadlığa buraxılıblar.

Xatırladaq ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.

Xəbər lenti

Xəbər lenti