Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar AMEA-nın dəvəti ilə Azərbaycana səfərə gəlib.
Trend-in məlumatına görə, Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.
Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Alaverdi Aşırov müşayiət ediblər.