...

Naxçıvanda data mərkəzi yaradılacaq

Cəmiyyət Materials 6 İyun 2024 11:29 (UTC +04:00)
Naxçıvanda data mərkəzi yaradılacaq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda data mərkəzi yaradılacaq.

Trend xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli Dövlət qurumlarınının İT rəhbərlərinin IV Zirvə Toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni layihəyə əsasən Naxçıvanda data mərkəzin yaradılması planlaşdırılır.

“Layihələndirmə işləri artıq yekunlaşıb, layihə təsdiqləndikdən sonra icrası həyata keçiriləcək”, - Ələkbərli əlavə edib.

Qeyd edək ki, bugün “Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı” keçirilib. tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi aparmaq və qurumlararası kommunikasiyanı gücləndirilmək məqsədilə mütəmadi şəkildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təşkil edilib.

Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti