...

Novxanıda ev yandı

Cəmiyyət Materials 21 İyun 2024 15:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 70 m² olan 3 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə, dam örtüyü 50 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Evin qalan hissəsi və ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti