...

Ötən gün 118, 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cəmiyyət Materials 22 İyun 2024 11:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 21-də polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi məqsədilə əməliyyat keçiriblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 118,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Polis əməkdaşları bu sahədə qətiyyətli mübarizə tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti