...

Paytaxtda növbəti ümumşəhər iməcliyi keçirilib

Cəmiyyət Materials 22 İyun 2024 13:06 (UTC +04:00)
Paytaxtda növbəti ümumşəhər iməcliyi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirib.

Bu barədə Trend-ə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

İməclik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti