Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-a
olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə
ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən Trend-ə
bildirilib ki, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy,
Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa,
Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran,
Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy,
Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan,
Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir
leysan xarakterli yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 m/s təşkil edir.
Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 mm olan dolu düşüb.