...

Tələbələrə nəqliyyatda güzəştlər edilə bilər - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 12 İyul 2024 11:28 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Vahid tələbə kartının yaradılması zərurətdir.

Trend xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, xarici ölkələrdə tələbələ güzəşt təcrübəsi mövcuddur.

“Yerüstü, yeraltı nəqliyyatın məsul şəxsləri ilə vahid tələbə kartı vasitəsilə güzəştlərin edilməsi ilə bağlı danışıqlar aparılacaq”.

Qeyd edək ki, 27 iyun tarixində Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti