...

Bakıda maşın soyulub

Cəmiyyət Materials 12 İyul 2024 12:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda maşın soyulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə müraciət edən bir nəfər “KİA” markalı avtomobilindən 2 ədəd eynək, sənəd və bank kartının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramil Məmmədzadə saxlanılıb.

Onun müxtəlif vaxtlarda rayon ərazisində “Mercedes” markalı daha iki avtomobildən ümumilikdə 580 manat pul oğurlaması, habelə “Mercedes” markalı bir avtomobilin şüşəsini sındırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti