Bakı. Trend:
Bütün şuşalıların, keçmiş məcburi köçkünlərin öz evlərinə, doğma yurdlarına qayıtmalarını diləyirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Həsənova Sevda deyib.
"Bütün şəhidlərin ruhu, onların ailələri və valideynlərinin qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq. Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Bu gün biz onun sayəsində sevincimizi yaşayırıq", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.