Bakı. Trend:
Torpaqlarımızı işğaldan azad edənlərə, bu günü bizə yaşadanların hamısına minnətdarıq.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Nəriman Zeynallı deyib.
Onun sözlərinə görə, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
"Ordumuz hər zaman güclü və hazır olmalıdır. Çünki düşmənə heç vaxt etibar yoxdur. Ömrümün yarısını Laçında yaşamışam. Laçın hər zaman gözəl olub. İndi daha da gözəlləşməkdədir. Doğma torpaqlarımıza qayıtdığımız üçün sevincimizin həddi hüdudu yoxdur", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.