...

Uşaqları istək və maraqlarına uyğun kurslara yönəltmək sağlam yanaşmadır - SN

Cəmiyyət Materials 11 Sentyabr 2024 15:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqları istək və maraqlarına uyğun kurslara yönəltmək sağlam yanaşmadır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" səhifəsində nazirliyin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.

Onun sözlərinə görə, uşağın seçimləri onu yormayacaq:

"Bəzən valideynlər uşaqları üçün onların yaşlarına uyğun olmayan planlar qururlar. Rəqəmsal dünyada təbliğ olunan hər şeylə uşağı məşğul etmək olmaz. Hər bir uşaq fərdidir və ona fərdi yanaşılmalıdır".

Psixoterapevt qeyd edib ki, uşağın yaşına uyğun davranış nümayiş etdirilməlidir:

"Uşaq hansısa məşğuliyyətdən qısa müddətdə yorulursa, deməli, ona məcbur olunur. Uşaqlara yalnız dərslərə görə məcburiyyət göstərmək olar. Dərs oxumaq vərdiş olduğu üçün, onun yaranmasına dəstək vermək lazımdır".

R.Nəcəfov sonda bildirib ki, uşaq maraqlarına uyğun mükafatlandırılmalıdır:

"O zaman dərsə olan marağın yaranması uşaq tərəfindən məcburiyyət kimi qəbul edilməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti