...

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2024 16:41 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədlərin imzalanmasından əvvəl hər iki Agentliyin rəhbərləri arasında görüş keçirilib.

Trend xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Agentlikdə həyata keçirilən uğurlu struktur islahatlarından danışıb.

Əqli Mülkiyyət Agentliyinin yaranması və fəaliyyətə başlaması ilə bağlı ətraflı məlumat verən K.İmanov əqli mülkiyyətin biliklərə əsaslanan fəaliyyət sahəsi olduğunu diqqətə çatdırıb və hazırda əqli mülkiyyət anlayışının daha geniş sahələri əhatə etdiyini vurğulayıb. K.İmanov Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin bir çox məqamlarda fəaliyyətlərin kəsişdiyini, bu səbəbdən hər iki dövlət qurumunun qarşılıqlı əməkdaşlığının ümumi işə böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov bu görüşdən məmnunluğunu ifadə edərək, son vaxtlar açıq məkanlarda reklamların yerləşdirilməsi və bu sahədə həyata keçirdikləri tədbirlərdən danışıb. O, problemlərin həlli istiqamətində bütün səylərin birləşdirilərək qanunvericiliyin tələblərinə uyğun gördükləri işlər barədə məlumat verib.

Sonra Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu agentliklərin İdarə Heyətlərinin sədrləri Kamran İmanov və Fərhad Adıgözəlov imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsinə dair həll yollarının müzakirəsi, eləcə də qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində işlərin səmərəli və qarşılıqlı şəkildə təşkilidir. Birgə fəaliyyət nəticəsində açıq məkanda xarici dildə reklamı yayımlanan əmtəələrə aid reklam mətnləri ilə bağlı hüquq sahibləri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunub-olunmamasının müəyyən edilməsi həyata keçiriləcək, bu sahədə maarifləndirmə işləri aparılacaq. Eyni zamanda qeydiyyata alınmış əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz edilmiş əmtəələrə aid açıq məkanda yerləşdirilən reklamlarda qanunvericilik aktlarının müddəalarına riayət olunmasına birgə nəzarət olunacaq. Müştərək fəaliyyət nəticəsində reklam subyektləri ilə görüşlərin təşkili, o cümlədən reklam sahəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Bu memorandum tərəflərin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərini birləşdirmək əzmini təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti