Bakı. Trend:
Astronavtika sahəsində tarixi hadisə baş verib - mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar. Bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildirblər.
Məlumata əsasən, “SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir Cared Ayzekman (Jared Isaacman) və missiya mütəxəssisi Sara Gillisin (Sarah Gillis) təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.
Komanda hazırlıq görüb, xüsusi kostyumlarını geyinib və hava kilidini açıb. Bundan sonra ilk ekipaj üzvü Cared Ayzekman gəmidən kənara çıxıb. Ondan sonra Sara Gillis da açıq kosmik məkana yollanıb.
Gəmidənkənar fəaliyyətə (EV) hazırlıq - astronavtlar açıq kosmosa çıxışı belə adlandırırlar - uçuşdan əvvəl kosmik gəmidə baş verib. Hər bir komanda üzvünün öz vəzifələri var: Cared Ayzekman ilk olaraq həyata keçirib, o, kostyumun sürətlə hərəkətetmə qabiliyyətini yoxlayıb. Onun ardınca Sara Gillis çıxıb, o, eyni yoxlamaları aparacaq. Digər ekipaj üzvləri kabinədə qalır, öz yoldaşlarını dəstəkləyirlər.