...

"28 May" meydanının transformasiyası sürətlə davam edir

Cəmiyyət Materials 20 Sentyabr 2024 07:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metronun 28 May stansiyasının qarşısındakı stansiya meydanında genişmiqyaslı yenidənqurma və abadlıq işləri davam etdirilir.

Trend xəbər verir ki, “28 May” metrostansiyası və dəmir yolu stansiyasının qarşısındakı ümumi sahəsi 3,5 hektar olan ərazi köklü şəkildə yenilənir. Burada piyadaların hərəkəti üçün təhlükəsiz zonalar, ictimai nəqliyyat zonaları yaradılacaq, ətraf abadlaşdırılacaq. Yeraltı kommunikasiyalar köçürülüb, yeni abadlıq və istirahət guşələri yaradılır.

Bütün işlər Bakı şəhər İcra Hakimiyyətinin ciddi nəzarəti altındadır.

Bütün işlər yekunlaşdıqdan sonra meydan daha müasir üslubda Bakı sakinlərinin və qonaqlarının qarşısına çıxacaq. Bütün işlərin COP29 başlamazdan əvvəl başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti