...

Bakıda qanunsuz torpaq hasarlanmasının qarşısı alınıb

Cəmiyyət Materials 7 Oktyabr 2024 14:42 (UTC +04:00)
Bakıda qanunsuz torpaq hasarlanmasının qarşısı alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qanunsuz torpaq hasarlanmasının qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində təqribi 0,2ha torpaq sahəsinin qanunsuz zəbt edilərək hasarlanması cəhdi aşkar edilib.

Cəhdin qarşısı Baş İdarənin əməkdaşlarının müdaxiləsi nəticəsində alınmış, hasarın sökülməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti