...

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2024 16:04 (UTC +04:00)
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 30-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əqli Mülkiyyət Agentliyinin rəhbərlik etdiyi “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun rəhbəri Kamran İmanovun “Qlobal İnnovasiya İndeksi - 2024” Hesabatında Azərbaycan üzrə göstəricilərin təhlili” mövzusunda geniş məruzəsi dinlənilib və təqdimatı olub. Məruzədə və təqdimatda Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrə müqayisəli şəkildə konseptual metodoloji məsələlər geniş təhlil edilmiş və növbəti ildə Azərbaycana dair göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə tövsiyələr verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib.

Bildirib ki, “Qlobal İnnovasiya İndeksi” Hesabatlarıında ölkəmiz üzrə göstəricilərin dolğunluğunun təmin olunmasında məlumatların sistemləşdirilməsinin metodologiyasına xüsusi diqqət yetirilməlidir. O, bununla əlaqədar digər müvafiq işçi qruplarının da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığının gücləndirilməsinin zəruriliyini qeyd edərək, bu işdə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin dəstəyindən yararlanmağın faydalı olacağını vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktorunun vəzifəsini icra edən, “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun üzvü Fariz Cəfərov çıxış edərək “Qlobal İnnovasiya İndeksi” hesabatına daxil edilən məlumatların toplanması və sistemləşdirilməsi sahəsində koordinasiya məsələləri barədə danışıb.

Sonda İşçi qrupun üzvlərini və iclasa dəvət olunan digər aidiyyəti işçi qruplarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti