...

Yağıntılarla əlaqədar çaylarda artım müşahidə edilir

Cəmiyyət Materials 14 Oktyabr 2024 14:35 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 14-də yağan yağıntılarla əlaqədar çaylarda artım müşahidə edilib.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda və Təngərüdçayda suyun səviyyəsi 2 sm, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçayda 15 sm, Əyriçayda 5 sm, Qazax-Gəndə bölgəsinin ərazisindən axan Kürəkçayda 7 sm, Əsrikçayda 5 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Tərtərçayda 7 sm, Bərgüşadçayda 4 sm, Oxçuçayda isə 2 sm artım qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti