...

Üç gün leysan olacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 6 Dekabr 2024 15:47 (UTC +04:00)
Üç gün leysan olacaq - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 6-si axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan olacağı gözlənilir.

Trend xəbər verir ki, Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti