...

UNEC ilə Google Developer Groups tərəfdaş oldu

Cəmiyyət Materials 10 Dekabr 2024 12:52 (UTC +04:00)
UNEC ilə Google Developer Groups tərəfdaş oldu

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC İnnovativ Gənclər Təşkilatı “Google Developer Groups” (GDU) ilə tərəfdaş olub.

Əməkdaşlıq çərçivəsində UNEC tələbələri GDG Azərbaycan tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmək, eləcə də, texnoloji yeniliklər və trendlər barədə biliklərini artırmaq imkanı əldə edəcəklər.

Həmçinin “Google”un proqramçılar və texnologiya həvəskarları üçün təşkil etdiyi qlobal şəbəkə ilə əməkdaşlıq tələbələrə mühüm beynəlxalq layihələrdə iştirak etmək, komanda işində təcrübə qazanmaq və innovativ həllər üzərində işləmək şansı verəcək, onlara qlobal texnologiya icmaları ilə tanış olmaq fürsəti yaradacaq.

Xəbər lenti

Xəbər lenti