...

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs həbs edilib (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2024 11:30 (UTC +04:00)
Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs həbs edilib  (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb.

Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26000 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti