...

İrandan Azərbaycana gətirilən 47 tondan çox kartof yararsız çıxdı (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2025 09:38 (UTC +04:00)
İrandan Azərbaycana gətirilən 47 tondan çox kartof yararsız çıxdı (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

Trend bu barədə Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən kartof gövdə nematodu müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti