...

DİN, Baş Prokurorluq və ANAMA-dan Xocalıdakı mina hadisəsi ilə bağlı birgə AÇIQLAMA

Cəmiyyət Materials 21 Fevral 2025 21:03 (UTC +04:00)
DİN, Baş Prokurorluq və ANAMA-dan Xocalıdakı mina hadisəsi ilə bağlı birgə AÇIQLAMA
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Trend-ə bildirilib ki, Ağdam rayon sakini 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - deyə ANAMA-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti