Bakı. Trend:
"Lider TV və Radio-Azərbaycan" MMC-nin törəməsi olan “Lider Prodakşn” MMC ləğv edilir.
Trend bu barədə Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 83/23, mənzil 83/23 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Lider Prodakşn” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı min manat olan şirkətin qanuni təmsilçisi Əliyev Ədalət Hüseyn oğludur.