Bərdə. Trend:
Bərdədə 10 il ərzində “ASAN xidmət”ə 3 milyondan çox müraciət qeydə alınıb.
Trend xəbər verir ki, günlük orta müraciət sayı təxminən 1000 nəfərdir.
Əlavə olaraq Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 1 300 nəfərdən çox könüllü məzun adını qazanıb.
Qeyd edək ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 12 mart 2015-ci il tarixində baş tutub.
Bərdə regional “ASAN xidmət” mərkəzi 29 mart 2015-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 34 nəfərdir. Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaq otağı mövcuddur.