...

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu bu mənbələrdən maliyyələşəcək

Cəmiyyət Materials 13 Mart 2025 10:40 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilib.

Trend xəbər verir ki, sənəddə qoruğun maliyyələşdirilməsinin əsasları da göstərilib.

Belə ki, qoruğun maliyyələşdirilmə mənbələri aşağıdakılardır:

  • Naxçıvan Muxtar Respublikasının büdcəsindən ayrılan vəsait;
  • əhaliyə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericilikdə qadağan olunmayan digər fəaliyyət növlərindən alınan gəlirlər;
  • dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən alınan gəlirlər;
  • hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr;
  • qanunvericilik aktları ilə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər
Məqalədə:
Xəbər lenti

Xəbər lenti