...

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət Materials 16 Mart 2025 15:27 (UTC +04:00)
BDYPİ sürücülərə xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sinoptiklərin məlumatına əsasən martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsidən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur."

Xəbər lenti

Xəbər lenti