...

Xalq artisti Ənvər Həsənov vəfat edib

Cəmiyyət Materials 16 Mart 2025 21:00 (UTC +04:00)
Xalq artisti Ənvər Həsənov vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xalq artisti Ənvər Həsənov vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.

Xalq artisti Ənvər Həsənov, yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu qoyulub və ilkin tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyəti ağırlaşan Həsənov reanimasiyaya köçürülüb və aparılan müayinələr nəticəsində kəskin işemik insult diaqnozu qoyulub. 18 yanvarda vəziyyəti stabilləşdikdən sonra, Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-də isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Xalq artistinin vəfatı musiqi və mədəniyyət sahəsində böyük itki olaraq dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti