Bakı. Trend:
2025-ci ilin yanvar-fevral ayları ərzində 36 nəfər dərmandan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O qeyd edib ki, zəhərlənmə ilə müraciət edənlərin hər birinə ilkin tibbi yardım göstərilib.
"Dərmandan zəhərlənmə halları arasında ölüm qeydə alınmayıb", - deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1835 nəfər qəbul qəbul edilib. Onlardan 507 nəfəri dərmandan zəhərlənənlərdir. Həkimlərin səylərinə baxmayaraq, ötən il zəhərlənən şəxslərdən 7-si (3 nəfər qadın cinsli, 4 nəfər kişi cinsli) dünyasını dəyişib.