...

İkili ixtisası olan müəllimlər hər iki fənn üzrə sertifikasiyadan keçməlidir? - AÇIQLAMA

Cəmiyyət Materials 19 Mart 2025 16:46 (UTC +04:00)
İkili ixtisası olan müəllimlər hər iki fənn üzrə sertifikasiyadan keçməlidir? - AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İkili ixtisası olan bir müəllim ixtisaslarından hər hansı birindən sertifikasiya imtahanı verib və uğurla keçibsə, həmin müəllim növbəti 5 il ərzində hər iki fənndən dərs deyə bilər.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, örnək olaraq Riyaziyyat-İnformatika fənnini göstərmək olar:

"Deyək ki, bir müəllim Riyaziyyat-İnformatika müəllimidir və onun hər iki fənndən dərs yükü var. Bu müəllim ötən il riyaziyyat fənni üzrə sertifikasiyada iştirak edib və uğurla keçib. Həmin müəllim informatika fənnini də heç bir problem olmadan tədris edə bilər. İnformatika fənnindən də növbəti dəfə imtahan verməsinə ehtiyac yoxdur",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti