...

Kürdəmirdə 2 otaqlı ev yandı

Cəmiyyət Materials 27 Mart 2025 16:16 (UTC +04:00)
Kürdəmirdə 2 otaqlı ev yandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmir rayonunun Sığırlı kəndində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti