Bakı. Trend:
Bayram günlərində (18.03.2025-ci il tarixindən 31.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 62 nəfər qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Bildirib ki, onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.
"Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb",- deyə o əlavə edib.