...

Apreldə neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib?

Cəmiyyət Materials 5 May 2025 17:53 (UTC +04:00)
Apreldə neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-2025-ci tədris ilinin yaz semestrinin aprel ayı ərzində Təhsil Tələbə Krediti Fonduna məxsus elektron portala 2095 müraciət daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində 2486 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.

"Rəsmiləşdirilən müqavilələrin 894-ü sosial növ, 1592-si isə standart növ təhsil tələbə kreditidir.

Aprel ayında ən çox TTK müqaviləsi rəsmiləşdirilən ilk 5 universitet:

1. Gəncə Dövlət Universiteti – 199 müqavilə;

2.Azərbaycan Kooperasiya Universiteti - 180 müqavilə;

3. Bakı Biznes Universiteti – 137 müqavilə;

4. Azərbaycan Dövlət Pedaqoji Universiteti – 128 müqavilə;

5. Azərbaycan Memarlıq və İnşaat Universiteti – 108 müqavilə", - məlumatda əlavə edilib.

Qeyd edək ki, ümumilikdə Fond fəaliyyətə başladığı gündən etibarən bugünədək elektron portala 68409 müraciət daxil olub, bunlardan 54621 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Bu müqavilələr arasında 35720 (65.40%) standart növ təhsil tələbə krediti, 18901 (34.60%) sosial növ təhsil tələbə krediti təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti