...

Qohum evliliyindən doğulan uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı artır - Taliyə İbrahimova

Cəmiyyət Materials 24 İyul 2025 15:58 (UTC +04:00)
Qohum evliliyindən doğulan uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı artır - Taliyə İbrahimova
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

2024-cü ilin iyun ayında qəbul edilən və 2025-ci ildən etibarən qüvvəyə minən qohum evliliklərini qadağan edən qanun ölkəmizdə geniş ictimai rezonansa səbəb oldu.

Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, qanunun məqsədi və tətbiq mexanizmi aydın şəkildə müəyyənləşdirilsə də, ictimai müzakirələr göstərdi ki, bu sahədə hələ də müəyyən subyektiv yanaşmalar, yanlış təsəvvürlər və stereotiplər mövcuddur:

“Mövcud vəziyyəti analiz edərək həm qanunun qəbul zərurətini, həm də bu zərurətin hüquqi, tibbi və sosial əsaslarını ictimaiyyətə obyektiv şəkildə çatdırmaq vacibdir.Qohum nikahlarının qadağan olunması bir gündə verilmiş qəfil qərar deyil. Bu dəyişiklik, illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış strateji yanaşmanın nəticəsidir”.

“Tibb mütəxəssisləri dəfələrlə bildirmişdir ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki, yad insanların nikahı zamanı uşaqda qüsur riski 2-4% olduğu halda, qohum nikahlarında bu risk 4-8%- ə qədər yüksəlir, yəni təxminən 2 dəfə artır. Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etmək və bu sahədə proaktiv tədbirlər görməkdir”, - T.İbrahimova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti