...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2025 11:30 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak edib.

Trend xəbər verir ki, əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min sazan balığı buraxılıb. Aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır.

Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib. Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen dözümlülüyünü artırmaq, müxtəlif xəstəliklərin qarşısını almaq və bu ərazidə daha sağlam ceyran nəslinin formalaşdırılmasıdır. Hazırda Korçay Dövlət Təbiət Yasaqlığında ceyranların sayı 810 baş təşkil edir.

Səfər proqramı çərçivəsində, həmçinin Mingəçevir şəhərində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Leyla Əliyevanın iştirakı ilə 100 nəfər könüllü tərəfindən Eldar şamı və sərvdən ibarət 200 ağac əkilib. Eldar şamı və sərv quraqlığadavamlı, regionun torpaq-iqlim şəraitinə uyğun ağac növləri kimi ətraf mühitin mühafizəsi və yaşıllıq zolağının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf-mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti