...

Buraxılış tarixi 7 ili ötən avtomobillərin aksiz məbləğinə tətbiq olunan yüksəldici əmsallar artırılır

Cəmiyyət Materials 29 Dekabr 2025 14:39 (UTC +04:00)
Buraxılış tarixi 7 ili ötən avtomobillərin aksiz məbləğinə tətbiq olunan yüksəldici əmsallar artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyat vasitələrinin Azərbaycana idxalı zamanı hesablanan aksiz məbləğinə tətbiq olunan yüksəldici əmsallar artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 0,3 əmsal artırılaraq 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 0,5 əmsal artırılaraq 2,0 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti