...

Beynəlxalq daşıma xidmətləri üzrə qaimə-fakturanın təqdim edilməsi üçün müddət müəyyənləşir

Cəmiyyət Materials 29 Dekabr 2025 14:41 (UTC +04:00)
Beynəlxalq daşıma xidmətləri üzrə qaimə-fakturanın təqdim edilməsi üçün müddət müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Elektron qaimə-fakturanı təqdim (tərtib) edilmə müddətləri ilə bağlı qaydalarda dəyişiklik edilir.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:

  • işlərin görülməsi və xidmətlərin (beynəlxalq daşıma xidmətləri, habelə müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər istisna olmaqla) göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində
  • beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə – daşıma xidmətlərinin başlanıldığı vaxtadək
  • müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt.

Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti