Bakı. Trend:
Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə əmlak vergisi güzəştinin həcmi azaldılacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərə münasibətdə onların dəyərinin 75 faizi həddində azaldılacaq.
Yəni, təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə 100 faiz həddində tətbiq edilən əmlak vergisi güzəşti 75 faiz həddində tətbiq ediləcək.
