...

Azərbaycanda istehsal olunan minik avtomobilləri satışının ƏDV-dən azadolma müddəti artırılır

Cəmiyyət Materials 29 Dekabr 2025 14:51 (UTC +04:00)
Azərbaycanda istehsal olunan minik avtomobilləri satışının ƏDV-dən azadolma müddəti artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti