Bakı. Trend:
Əlilliyi olan qadınların əl işlərindən ibarət satış-sərgilər keçiriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, əl işi sənətinə marağı olan qadınların müəyyən edilməsi, əlilliyi olan qadınların əl işləri sənətinin inkişafı üçün təşkil edilən kursların sayının artırılması və əlilliyi olan qadınların əl işləri üzrə satış-sərgilərin təşkili planlaşdırılır.
