Bakı. Trend:
Dekabrın 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki,
Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy,
Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi
əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında, Şabran, Xaçmaz, Quba, Qusar,
Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala,
Qax, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan,
Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara,
Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi,
Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı
xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.
