...

Bloggerlərə pərəstiş edən yeniyetmələrlə hansı söhbətlər aparılmalıdır?

Cəmiyyət Materials 13 Yanvar 2026 10:22 (UTC +04:00)
Bloggerlərə pərəstiş edən yeniyetmələrlə hansı söhbətlər aparılmalıdır?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud texnoloji imkanların olduğu müasir dünyada sosial şəbəkə fenomenlərin və fanatların olması artıq adi haldır. Bu fenomenlər, bloggerlər bir şəkildə hansısa bir yeniyetmənin yaşanmamış və ya yaşanılmış hekayəsini təmsil edən obrazlardır”.

Trend xəbər verir ki, bu fikirləri “Sağlam Radio”nun (93 FM) “Sağlam səhər” efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə məhz buna görə daha cəlbedici görünürlər:

“Elə mövzu və arzular var ki, yeniyetmə nə dostuna (varsa), nə də valideynə deyə bilmir. Bu arzuları və mövzuları sosial şəbəkədə yad insanlarla və fərqli adlarla danışmaq daha rahatdır. Çünki kəskin emosional reaksiyalar almayacağına əmindirlər. Valideynlər səbrlə, emosiyalarını idarə edərək uşaqlarının pərəstiş və maraq etdiyi bloggerlər haqqında söhbətlərini dinləməlidirlər. Ani mənfi fikir bildirməklə öz hökmlərini yeritməyə çalışmamalıdırlar. Psixoloqlara müraciət edərək məsləhətlər almalıdırlar”.

E.Baxışlı qeyd edib ki, sosial şəbəkədə olan hər şey zərərli, psixologiyaya pis təsir edəcək halda deyil:

“Burda həmçinin çox faydalı sosial təcrübə əldə etmək, akademik məlumatlar öyrənmək olar. Uşağınız birdən birə bunu öyrənməyəcək. Bunu siz valideynlər öz daxili instiklərinizə və bir yetişkin kimi təcrübənizə əsasən edəcəksiniz. Ən vacib məsələ valideyn uşaq arasında olan ünsiyyətin düzgün qurulmasıdır. Uşaq mütləq valideyni ilə birgə onu maraqlandıran hər məsələni müzakirə etməlidir. Uşaq bilmədir ki hansı hallarda ehtiyatlı olmalıdır: Qarşı tərəf bu bizim sirrimi olsun deyirsə, qarşı tərəf və ya tərəflər uşağı hədələyir, qarşı tərəfdən uşağın ailəsinin maddi rifahı soruşulur, uşağa təmmənasız pul təklifi edilirsə, uşağa nəyinsə əvəzinə pul təklif edilirsə, uşaqdan digər dostu və ailə üzvü haqda məlumatlar soruşulursa, uşağa insanlara və əya əşyalara zərər vurmağı təklif edirlərsə, uşağa görüş təklif edilirsə, onlayn və ya canlı, uşağı aşırı tərifləyir, uşaqdan evinin adressi soruşulurs, uşağa pul müqabilində əmək fəaliyyəti təklif edilirsə, uşaqla onun seksual inkişafı və özəllikləri mövzusunda danışırlarsa, şəklini göndərməyi istəyirlərsə, özünün və digər ailə üzvlərinin tibbi məlumatları istəyirsə. Qeyd olunanlar varsa uşaq mütləq ailəsinə bu haqda məlumat verməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti