...

Uşağın dini etiqad azadlığına məhdudiyyət qoyula biləcək

Cəmiyyət Materials 28 Yanvar 2026 11:00 (UTC +04:00)
Uşağın dini etiqad azadlığına məhdudiyyət qoyula biləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yalnız qanunda nəzərdə tutulan hallarda uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula biləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, hər bir uşağın vicdan azadlığı olacaq və hər kəs uşağın vicdan azadlığına hörmətlə yanaşmalıdır.

Valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan ediləcək. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula biləcək.

Uşaq öz fikrini azad ifadə etmək hüququna malik olacaq. Hər kəs uşağın fikir və söz azadlığına hörmətlə yanaşmalıdır.

Qüvvədə olan qanuna görə, hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti